Quduz itin dişlədiyi şəxs ölüb - Göyçayda

Göyçay rayon sakini faciəli şəkildə dünyasını dəyişib. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, rayonun Yekəxana kənd sakini, 1981-ci il təvəllüdlü Quliyev Qoşqar Əvəz oğlu sahibsiz küçə itinin hücumuna məruz qalıb. İt dişləməsi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Q.Quliyevə quduzluq diaqnozu qoyulub. Tibbi yardıma baxmayaraq Q.Quliyev dünyasını dəyişib.
Rayon Mərkəzi Xəstəxanasından ONA-nın yerli bürosuna bildirilib ki, son vaxtlar it dişləməsi ilə bağlı xəstəxanaya müraciət edənlərin sayı artıb. Son 3 ayda rayonda 110 nəfər it dişləməsi səbəbindən xəstəxanaya müraciət edib, quduzluğa qarşı vaksinlər vurulub, onların həyatı xilas olunub. Yaranmış vəziyyətdən ciddi narahat olan yerli sakinlər bunun qarşısının alınması üçün aidiyyəti qurumlardan yardım istəyir.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












