Quduzluqla mübarizə günü və sahibsiz itlər

2007-ci ildən etibarən hər il sentyabrın 28-i Quduzluqla Mübarizə Günü (World Rabies Day) kimi qeyd olunur. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) hədəfi
2030-cu ilə qədər sahibsiz itlər vasitəsilə bu xəstəliyə yoluxma hallarının tamamilə qarşısını almaqdır.
Avtosfer.az xəbər verir ki, quduzluq xəstəliyi insana it, pişik, çaqqal və yarasalardan keçir. Onlar mal-qaranı da yoluxdura bilər. Balıq və quşların sinir sistemi fərqli olduğu üçün onlar xəstəlik daşıyıcısı olmurlar. ÜST-nin ekspertləri bildirirlər ki, xəstəlik nəzi olaraq insandan insana keçə bilər. Amma, praktikada buna rast gəlinməyib.
Bir çox adamda belə bir səhv düşüncə hakimdir ki, xəstəlik yalnız aqressiv və sahibsiz itlərdən keçir. Buna görə də ev itlərinin dişləməsi zamanı çox adam həkimə getməyə ehtiyac duymur. Bu da kökündən yanlış fikirdir. Lakin, praktika çox sakit görünən heyvanlardan da yoluxma olduğunu göstərib.
Xəstəlik vaxtında aşkar və müalicə edilmədikdə ağır fəsadlar törədir və əksər hallarda ölümlə nəticələnir. Xəstəlikdən qorunmağın ən səmərəli üsulu profilaktikadır – küçə heyvanlarından uzaq durmaq, ev heyvanları ilə ehtiyatlı davranmaq, onları peyvəndləmək lazımdır.
Hər hansı dişləmə və ya cırmaqlama olduğu halda isə yarabnı dərhal sabunlu su ilə yuyub ən yaxın tibb məntəqəsinə müraciət etmək lazımdır. Vaxtında və düzgün tibbi yardım xəstəliyin qarşısını demək olar bütün hallarda almağa kömək edir.
Nəzərə alaq ki, son illərdə sahibsiz itlər Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir və Şəki kimi böyük şəhərlərdə də artıb. Sahibsiz heyvanların artması ilə paralel olaraq risk də artır.
Vüqar Yaşaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












