Quldurluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Qubadlı rayon sakini Bəxtiyar Qayıbovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası yanvarın 31-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il fevralın 16-da axşam saatlarında Nərimanov rayonu ərazisində baş verib. Həmin gün, adəti üzrə, şirkətdən çıxıb "Tofaş Şahin" markalı avtomobilə əyləşmək istəyən iş adamı Mehman Alməmmədova basqın olub. Basqın zamanı B.Qayıbov içərisində 119 min manat olan çantanı götürüb aradan çıxmağa müvəffəq olub. Hadisədən sonra o, saxlanılıb.
Məlum olub ki, B.Qayıbov içərisində 100-lük və 50-lik olan pul dolu çantadan bir ədəd 50 manatlıq götürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










