Qurban Qurbanov məğlubiyyətdən danışdı

"Qarabağ" "Atletik"lə (Bilbao, İspaniya) matçda məğlub olmaq istəməyib. Metbuat.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"ə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdə məğlub olduqları qarşılaşmanı şərh edib:
"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Cari mövsüm əsas mərhələdə ilk qələbələrini qazandılar. Oyun yaxşı alındı. Ən azı, məğlub olmaq istəmirdik. Qarşılaşma boyunca şanslarımız var idi. Futbolçularım sona kimi mübarizə apardılar. Dünən oyundan əvvəl mətbuat konfransında dediyimiz sözlərin canlı şahidi olduq. Dinamik və sürətli komandaya qarşı çıxış etdik. Onlar sürətli tempi sona qədər qoruyub saxladılar. Futbolçularımız üçün bu, asan deyildi. "Atletik" hesabda 2:1 öndə olarkən daha çox riskə getdik və müdafiədə boşluqlar verməyə başladıq. Nəticədə üçüncü qolu qapımızda gördük. Əsas mərhələdə get-gedə rəqiblər daha da çətinləşir və məsuliyyət böyüyür".
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












