"Quru sərhədləri mərhələli şəkildə aça bilər" - Ekspert

"İlk növbədə Gürcüstanla, bir aydan sonra İran, iki aydan sonra isə Rusiya ilə quru sərhədlərin açılacağı barədə plan öncədən elan olunmalıdır ki, həm vətəndaşlar, həm də qurumlar hazırlaşa bilsinlər". Avtosfer.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, Azərbaycanın Gürcüstan, ardından isə İranla quru sərhədlərinin açılması ilə bağlı danışıqlar fonunda prosesin mərhələli şəkildə aparılmasının məqsədəuyğun olduğunu vurğulayıb. Ekspert qeyd edib ki, quru sərhədlərin bağlı qalması Azərbaycanın mövcud potensialının inkişafına əngəl törədən faktora çevrilib:
"Quru sərhədlərin açılması həm vətəndaşları, həm biznes çevrələrini, həm də sərhədyanı bölgələrdə yaşayan insanları narahat edən əsas məsələlərdən biridir. Sərhədlərin bağlı qalması ölkənin turizm potensialına və sərhədyanı ticarətdə yaranan fürsətlərə ciddi maneə törədir".

Natiq Cəfərli hesab edir ki, Azərbaycan dövləti öz prioritetlərinə uyğun olaraq sərhədləri mərhələli şəkildə aça bilər:
"Heç kim ölkəmizə irad bildirə bilməz. Bu, Azərbaycan dövlətinin suveren hüququ və qərarıdır".
Ekspertin sözlərinə görə, mərhələli açılışda ilk növbədə Gürcüstanla sərhədin açılması məntiqlidir:
"Gürcüstan həm də Azərbaycanın Türkiyəyə keçididir. Eyni zamanda, bu addım Gürcüstanda yaşayan soydaşlarımızın humanitar və ailə problemlərinin həllinə də yardımçı olacaq"
Qeyd edək ki, son günlər Gürcüstan və İranla quru sərhədlərin açılması ilə bağlı müəyyən informasiyalar yayılıb. Bu, Bakı ilə hər iki ölkənin rəsmiləri arasında aparılan danışıqlarla bağlıdır. Məsələn, İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi Əmiri Ərdəbil bölgəsindən olan parlament üzvləri ilə görüşdə sərnişin daşımalarının bərpası imkanlarını müzakirə etdiklərini bildirib. Bənzər açıqlama bir müddət öncə Gürcüstanla bağlı da verilmişdi.
Xatırladaq ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin martından bağlıdır.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












