Qusarda dəhşətli hadisə - Avtomobil insanların üstündən keçdi

Ötən gün saat 19 radələrində Qusar şəhəri F.Musayev küçəsi ilə Dağıstan küçəsinin kəsişməsində ölümlə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, rayonun İmamqulukənd kənd sakini, 1986-cı il təvəllüdlü Aslanxanov Elşad Zafəddin oğlu idarə etdiyi "Hyundai Santafe” markalı 90 BR 943 dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhəri F.Musayev küçəsilə Qusar rayonu Avtovağzal istiqamətində hərəkətdə olan zaman həmin küçənin Dağıstan küçəsilə kəsişməsində 1998-ci il təvəllüdlü Şıxqayıbov Azad İmamnəzər oğlunun idarə etdiyi "VAZ-21154” markalı 38 BX 993 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəzadan sonra "Hyundai Santafe” markalı markalı avtomobil hərəkət etdiyi yolla sol tərəfə doğru istiqamətlənib. Avtomobil səkiyə çıxaraq onunla qarşı-qarşıya gələn piyadaları vrub.
Hadisə nəticəsində 1971-ci il təvəllüdlü Seyfullayev İdris Fevrulla oğlu, 1972-ci il təvəllüdlü Sədiyev Kamran Bilal oğlu və 1974-cü il təvəllüdlü Salmaniv Samir Nəriman oğlunu vurub.
Nəticədə Seyfullayev İdris Fevrulla oğlu və Sədiyev Kamran Bilal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Salmanov Samir Nəriman oğlu isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










