Qusarda evə maskalı basqın edən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nadim Ağaxanov və Bəhruz Nurullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Ağaxanov 9 və B.Nurullayev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, həmin şəxslər 2015-ci ildən 2018-ci ilədək Qusar rayon ərazisində bir neçə quldurluq hadisəsi törədiblər.
Belə ki, N.Ağaxanov və tanışı, əvvəllər məhkum olunmuş B.Nurullayev 2015-ci ilin mart ayında maskalanaraq Qusar şəhər sakini Quliyev Bəhruz İskəndər oğluna məxsus evə qanunsuz daxil olublar. Onlar bıçaqla ev sahibinə və ailə üzvlərinə hədə-qorxu gələrək B.Quliyevi əlindən yaralayıblar. Həmin şəxslər evdən 500 manat pul və qızıl-zinət əşyaları aparıblar.
N.Ağaxanov və B.Nurullayev digər cinayət hadisələri də törədiblər.
Onlar Qusar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










