Qusarda narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxs saxlanılıb

Qusarda narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxs polis tərəfindən saxlanılıb. DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Köhnə Xudat kənd sakini Ramiddin Vəlibəyov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun evinə baxış zamanı oradan 60 qram çəkidə qurudulmuş marixuana aşkar edilib.
Dindirilmə zamanı R.Vəlibəyov narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyini və bir müddət öncə narkotik vasitənin bir hissəsini 200 manata satdığını bildirib.
RPŞ-nin keçirdiyi digər bir əməliyyat –axtarış tədbirləri nəticəsində Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Əliyev narkotik vasitə satan zaman saxlanılıb. Belə ki, həmin şəxs rayon ərazisində 2 bükümdə olan qurudulmuş marixuananı 20 manata satan zaman polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












