Radarlar bəzi nömrələri səhv "görür": Ölkəyə yeni nömrə oxuyan cihazlar gətiriləcək?

Bir çox sürücülər avtomobillərinin dövlət nömrə nişanlarında olan hərflərə görə onlara yanlış cərimə gəlməsindən narazıdırlar.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sürücü bildirib ki, hazırda dövlət nömrə nişanlarında olan Q hərfini kamera-radarlar O və D kimi oxuyurlar. Bu səbəbdən də cərimələr qaydanı pozanlara deyil, fərqli adamlara yazılır.
"Şərti olaraq izah etsəm, tutaq ki, 77-QB-000 nömrəsinə gəlməli cərimə 77-OB-000 nömrəsinin sahibinə yazılır. Əgər sürücü yazılan protokola diqqət etməsə, gələn cəriməni ödəməli olur. Bununla bağlı dəfələrlə yol polisinə müraciət etmişəm. Bildiriblər ki, üç aya ölkəyə yeni nömrəoxuyan sistem gətirəcək və həmin sistemin tətbiqindən sonra bu problem aradan qalxacaq, nömrə nişanları düzgün oxunacaq", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlamasında nömrə oxumaq üçün hər hansı yeni sistemin gətiriləcəyi ilə bağlı məlumatı təkzib edib.
O qeyd edib ki, sözügedən məsələ ilə bağlı şikayətlərə rast gəlinsə də, ümumilikdə belə hallar kütləvi xarakter daşımır:
"Doğrudur, bəzən foto və ya videoqeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən qayda pozuntuları ilə bağlı çıxarılan elektron qərarlarda texniki xətalara rast gəlinir. Buna bir sıra hallar, o cümlədən dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmaması, qeyri-sabit hava şəraiti, rəqəm və hərflərə qanunsuz müdaxilə edilməsi, eləcə də, yazılış etibarı ilə oxşar olan rəqəm və ya hərflərin texniki qurğu vasitəsilə yanlış qeydə alınması səbəb ola bilər.
Bildirmək istərdim ki, BDYPİ-yə elektron qərarın yanlış olması ilə bağlı müraciət daxil olduqda müvafiq araşdırma aparılır və texniki xəta dərhal aradan qaldırılır.
Bir daha nəqliyyat vasitələrinin sahiblərindən belə hallarla qarşılaşdıqda "902" qaynar xətt xidmətinə, dyp.gov.az saytına, yaxud BDYPİ-nin sosial şəbəkə hesablarına müraciət etmələri xahiş olunur", - deyə M.Ağayev vurğulayıb.
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ
Bu göstərici üzrə biz dünyada birinci yerdəyik - İlham Əliyev
Taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni qaydalar bu sürücülərə şamil edilməyəcək – AÇIQLAMA - VİDEO
Bakının bəzi yollarında təmir işləri aparılacaq - Bu gecə - Sürücülərin diqqətinə!








