Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?

Milli Məclisdə yol hərəkəti təhlükəsizliyinin artırılması və avtomobil yollarının istismarının daha müasir tələblərə uyğun tənzimlənməsi məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addım atılıb.
Qanunvericilik təşəbbüsü çərçivəsində yol infrastrukturu, hərəkət rejimi və nəqliyyat vasitələrinin saxlanılması qaydalarına dair bir sıra anlayış və normaların dəqiqləşdirilməsi gündəmə gətirilib.
Müzakirələr zamanı “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlara təklif edilən dəyişikliklərin xüsusilə, ödənişli avtomagistrallarda sürət həddinin müəyyənləşdirilməsi, avtomagistral anlayışının yenilənməsi və mühafizə olunan duracaqlarla bağlı hüquqi mexanizmlərin aydınlaşdırılması baxımından əhəmiyyət daşıdığı vurğulanıb.
Nəticədə layihə parlamentin plenar iclasında geniş müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunaraq normativ-hüquqi tənzimləmənin daha sistemli şəkildə tətbiqinə zəmin yaradıb.
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Orxan Sabiroğlu öz fikirlərini bölüşüb:
"Bəli, artıq bu yollarda yeni radarlar quraşdırılıb. Bu isə sürücülər arasında birmənalı qarşılanmadı. Bir çox insan ödənişli yollarda sürət radarlarının lazım olmadığını düşünür, bəziləri isə bu addımı təhlükəsizlik baxımından doğru hesab edir. Başqa bir yanaşma da var, hansı ki, radarların quraşdırılmağını doğru hesab edib, lakin sürət həddinin daha yuxarı olması fikrini müdafiə edənlər də az deyil. Məsələyə0 dünya praktikasından nəzər yetirsək bir çox ölkədə bu təcrübə mövcuddur.
Bir çox Avropa ölkəsində, xüsusilə Fransada, İtaliyada bu sistem tətbiq olunur. İtaliyada "Safety Tutor" sistemi vasitəsi ilə iki nöqtə arasında orta sürət hesablanır. Hətta Çin, Yaponiya kimi dövlətlər dünyada ən çox radar şəbəkəsi olan pullu magistrallara sahibdir.
Lakin bu məsələdə ən məşhur istisna Almaniyadır. Autobahn adlanan magistralların 70%-də sürət həddi yoxdur və bu hissələrdə sürət radarları quraşdırılmır, eyni zamanda bu yolların hamısı ödənişli deyil.
Ümumiyyətlə, bir şeyi qeyd edim ki, "pullu yol" anlayışı sürücüyə sürət həddini aşma hüququ vermir, əksinə bu yollar çox vaxt daha müasir və "ağıllı" radar sistemləri ilə təchiz olunur. Düşünürəm ki, bu sistemin tətbiqi hər nə qədər mübahisəli olsa da sürət həddinə əməl edilməsi üçün daha uyğundur".
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO










