Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…

Son illərdə avtomobillərin sayının artması ilə yollarda sürət həddinin aşılması və digər qayda pozuntularına nəzarət məsələsi daha da aktuallaşıb.
Xüsusilə yüksək sürətlə hərəkət edən avtomobillərin iştirakı ilə baş verən qəzalar yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk olaraq qalır.
Maraqlıdır, Azərbaycanda radarların əsas məqsədi yalnız sürücüləri cərimələməkdir, yoxsa bu sistem yol təhlükəsizliyinin təmin olunmasında daha mühüm rol oynayır?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı AZXEBER.COM-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, radarlar yol hərəkəti təhlükəsizliyinə nəzarət edən əsas vasitələrdən biridir:
"Ümumilikdə, radarlar yol hərəkəti təhlükəsizliyinə nəzarət etmək üçün vacib elementlərdən biridir və onların olması heç kimi narahat etməməlidir. Sürət həddini aşmayan insanın radarın harada və necə qurulmasından narahat olması üçün heç bir səbəb yoxdur. Normal sürətlə hərəkət edirsənsə, radarın sənə heç bir zərəri və ya təsiri olmamalıdır”.
Ekspertin sözlərinə görə, radar sistemlərinin əsas məqsədi cərimə tətbiq etmək deyil, sürücülərin təhlükəsiz hərəkətini təmin etməkdir:
"Ümumilikdə bu sistem yalnız təhlükəsizliyə töhfə vermək üçün qurulub. Kimsə deyə bilər ki, mən sürəti aşmıram, amma durduğum yerdə radara düşmüşəm. Təsadüfi hallarda belə vəziyyətlər ola bilər. Məsələn, başqa bir avtomobil yüksək sürətlə gəlib sizin yanınızdan keçərkən radar yanlışlıqla onu deyil, sizi qeydə ala bilər. Amma belə halları araşdırmaq və aydınlaşdırmaq mümkündür”.
E.Muradlı Azərbaycanda radarların quraşdırılması ilə bağlı tələblərin də olduğunu qeyd edib:
"Hazırda bizdə gizli radarların qurulmasına icazə yoxdur. Yol Patrul Xidməti haqqında təlimata əsasən, yol polisi fəaliyyəti açıq şəkildə həyata keçirilməlidir. Əvvəllər qanunvericilikdə gizli, açıq və qarışıq xidmət formaları nəzərdə tutulurdu. İndi isə yalnız açıq xidmətdən söhbət gedir”.
Ekspert bildirib ki, sürücülər radar barədə əvvəlcədən məlumatlandırılmalıdır:
"Radar işarəsi əvvəlcədən məlumatverici formada qoyulmalı və məsafəsi göstərilməlidir. Belə bir nişan olmasa belə, sürücü yolda müəyyən edilmiş sürət həddinə əməl etməlidir. Yəni burada artıq 60 km/saatdan yüksək sürətlə hərəkət etmək olmazsa, sürücü bunu bilməli və ona uyğun hərəkət etməlidir. Azərbaycanda istifadə olunan radarlar dünyada tətbiq olunan müasir sistemlər sırasındadır. Uzun müddət yenilənməmişdi, amma son bir neçə ildə Daxili İşlər Nazirliyi tərəfindən daha müasir, şəffaf və görüntü keyfiyyətini artıran radarlar quraşdırılıb”.
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı BİRGƏ BƏYANAT YAYIB










