Rafael Cəbrayılov: ”Ədalətli məhkəmə audio-video çəkilişdən qorxmamalıdır!”

Millət vəkili Rafael Cəbrayılov Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı ilə bağlı öz fikirlərini bölüşüb.
Qeyd edib ki, bu fərman məhkəmələrin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmləndirilməsi, işlərə baxılmasının keyfiyyətinin yüksəldilməsi, cəzaların hümanistləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması, aşkarlıq və şəffaflığın artırılması, ümumiyyətlə, ədalət mühakiməsinin prinsiplərinə ciddi riayət olunması istiqamətində tarixi bir addımdır:"Sahibkarların məhkəmələrə müraciətlərinin asanlaşdırılması, mülki işlərə baxılması zamanı ekspertizaların təyin edilməsi, ekspert rəylərindən geniş istifadə edilməsi, vergi, gömrük və s. mübahisələr üzrə ixtisaslaşdırılmış məhkəmələrin yaradılması da, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə xidmət eden mühüm islahatlardandır.
Hakimlərin və məhkəmə aparatı işçilərinin sosial təminatının yaxşılaşdırılması istiqamətibdə də müvafiq tədbirlərin görülməsi həmin fərmanın mühüm cəhətlərindəndir.Bu fərmanda bir cəhəti xüsusilə vurğulamaq istərdim. Məhkəmədə dindirilən şəxslərin ifadələrinin təhrif edilməsi, ümumiyyətlə, məhkəmə sübutları ilə bağlı narazılıqların obyektiv araşdırılması üçün məhkəmə prosesinin audioyazılarının aparılması, iclas protokollarının həmin audioyazılara uyğun tərtib edilməsi aşkarlıq və şəffaflığın artırılması istiqamətində mühüm islahatdır.
Düşünürəm ki, bu islahat məhkəmələrdə aşkarlıq və şəffaflığın artırılmasında ciddi nailiyyətlərə səbəb olacaq. Həmin fərmanın icrası ilə bağlı qanunvericilik təşəbbüsü hüququnun subyektləri tərəfindən müvafiq qanun layihələri hazırlanaraq Milli Məclisə teqdim edilməli və qeyd etdiyim islahatların hüquqi bazası qəbul ediləcək yeni qanun və mövcud qanunlara ediləcək dəyişikliklərlə formalaşdırılacaq. Ümumiyyətlə, bu fərman hüquqi dövlət quruculuğu sahəsində ciddi nailiyyətlərə yol açan tarixi hüquqi aktdır”.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










