Rafael Cəbrayılov: ”Əfv humanizmin təzahürüdür.”

Humanizm qanunlarımızın əsas prinsiplerinden biri olsa da, Milli Məclisin Amnistiya haqqında qərarları və dövlət başçısının əfv barədə sərəncamlarında humanizm sanki digər prinsipləri kölgədə qoyur. Çünki, qeyd etdiyim bu qanunların humanist keyfiyyeti o qədər yüksəkdir ki, sanki həmin qanunlar tamamilə humanizmdən yoğrulub. Cənab Prezident İlham Əliyevin dünən imzaladığı Əfv haqqında sərəncamı dövlət başçısının növbəti humanist addımı olmaqla yanaşı, eyni zamanda qarşıdan gələn Novruz Bayramı ərəfəsində xalqımıza bayram hədiyyəsi oldu. 431 nəfər məhkuma şamil olunacaq bu sərəncam əsasən, azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumları özündə ehtiva etməsi iıə diqqəti cəlb edir ki, onların da sayı 399 nəfərdir. İki nəfər mehkumun ömürlük azadlıqdan məhrumetmə cəzasının müddətli azadlıqdan məhrumetmə cəzası ıle əvəz edilməsi, habelə, keçmiş səhiyyə naziri Əli İnsanovun da bu siyahıda olmasi diqqətəlayiq haldır.
Onu da qeyd etmək istərdim ki, bəzi insanlarımız amnistiya və əfv aktlarının daha çox mehkumlara şamil olunmasını istəyirler ki, bu da məqsədəuyğun hesab edilə bilməz. Çünki, bu məhkumların töretdikleri cinayətlər nəticəsində zərərçəkmiş insanlar var. Onların da kədər və mənəvi sarsıntılarına etinasız qalmaq olmaz. Hüquqi balansın qorunması vacibdir. Belə ki, kütləvi efv və kütləvi amnistiya ölkədə qanunçuluğun möhkəmlənməsinə menfi təsir göstərər. Bu dünya təcrübəsində də belədir.
Məhkumun islah yoluna qədəm qoyması, səmimi peşmançılığı, zərərçəkmiş şexsin mövqeyi əfvetməni şərtləndirən əsas cəhətlərdəndir. Sonda cənab Prezidentə bu humanist addıma görə seçicilərimin təşəkkür və minnətdarlıqlarını, habelə səmimi bayram təbriklərini yetirirəm.
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü










