Rafael Cəbrayılov: "Təhqir tənqidin sinonimi deyil!"

“Tarixin bütün dönəmlərində tənqidin ifrat dərəcədə kəskinləşdirilərək şərəf və ləyaqətin təhqirinə keçməsi halları olub”.
Bunu BiG.AZ-a açıqlamasında deputat Rafael Cəbraylov bildirib.
Deputat qeyd edib ki, son vaxtlar bu kimi hallara əsasən də sosial şəbəkələrdə daha çox rast gəlinir. Sağlam tənqid söz azadlığı, pluralizm və demokratiyanın göstəricisi kimi özünü biruzə verirsə, bunu təhqir haqqında demək mümükün deyil. Çünki, təhqir düzünə olaraq insanın şərəf və ləyaqətinə qarşı yönəlməklə ona zərbə vurur. Şərəf və ləyaqət isə insanın ən mühüm keyfiyyətidir. Çünki insanın şərəf və ləyaqəti olmasa o, ağırlıqdan gərəksiz ətdən ibarətdir. Qurani-Kərimdə insanı zinətləndirən ən mühüm keyfiyyətin iman olduğunu təsbit edir ki, iman da birbaşa şərəf və ləyaqətlə bağlıdır. Şərəf və ləyaqəti olmayan insanın imanı da olmaz. Buna görə də tənqid bəyənildiyi halda təhqir cinayər hesab edilir. Təhqir kimi böhtan da şərəf və ləyaqətin alçaldılmasına yönəldiyindən o da cinayət hesab olunur. Böhtan və təhqir internet ehtiyatlarında, sosial şəbəkələrdə həyata keçiriləndə daha yüksək ictimai təhlükəliliyə malik olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri bu əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutur”.
Deputat vurğulayıb ki, təhqir və böhtan qarşı tərəfin ailəsinə, əsasındə ailənin qadın üzvlərinə qarşı yönəldiləndə nəyinki ictimai təhlükəlilik artır, həm də iyrənc xarakter kəsb edir: “Təhqir və böhtanın ailəyə qarşı yönəldilməsi xalqımızın milli-mənəvi dəyərlərinə tam ziddir. Azərbaycan tarixində ədəbiyyatında, habelə filmlərimizdə bu dəyərlərin bariz nümunələri öz əksini tapıb. Münasibətlərin kəskinləşməsinin düşmənçilik həddinə çatması da qarşı tərəfin ailəsinin, əsasən də ailənin qadın üzvlərinin böhtan və təhqirə məruz qoyulmasına əsas vermir. Bu baxımdan son vaxtlar xarici ölkələrdə yaşayan bəzi soydaşlarımız tərəfindən ölkə prezidenti və onun ailəsinin, habelə bir sira dövlət qulluqçularının böhtan və təhqirə məruz qoyulmasını qeyri-qanuni və qeyri-etik hesab edirəm. Xatırlatmaq istəyirəm ki, bu əməllər cinayətdir”.
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO
Qısamüddətli həllər qlobal mənzil problemini aradan qaldırmayacaq – CAR-lı turist - FOTO
Azərbaycan Orta Dəhlizdə əsas tranzit gücünə malik ölkəyə çevrilir - Ekspert RƏYİ
Yerli qonaqlar belə forumun təşkilatçılığına heyran qalıb – Mərcanə Rəsulova - FOTO
Azərbaycanda da şəhərsalma sahəsində yeni yanaşmalar tətbiq edilməlidir – AQİL ASLAN - FOTO
Bakıda keçirilən forum gələcək əməkdaşlıqlar üçün imkanlar yaradır – Barbara Holtman - FOTO
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ: Cərimələnə bilərsiniz










