Ramil Usubov Monteneqronun daxili işlər nazirini qəbul edib

Mayın 2-də Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə işgüzar səfərdə olan Monteneqronun daxili işlər naziri Mevludin Nuhodjiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir dövlət başçılarımızın, habelə yüksək səviyyəli nümayəndə heyətlərinin, eləcə də vətəndaşlarımızın qarşılıqlı səfər və ziyarətlərinin Azərbaycanla Monteneqro arasında olan sıx əməkdaşlığın və qarşılıqlı etimadın daha da genişləndirilməsinə təkan verdiyini məmnunluqla qeyd edib.
Sonra nazir DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, mövcud kriminogen durum, daxili işlər orqanlarında həyata keçirilən islahatlar, insan hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində görülən işlər barədə həmkarına qısa məlumat verib.
Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Monteneqronun Daxili İşlər naziri Mevludin Nuhodjiç dövlətlərimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə inkişaf etməsindən, Azərbaycanda yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, onun paytaxtının dünyanın ən təhlükəsiz dövlətlərindən və şəhərlərindən biri olmasından, burada həyata keçirilən geniş quruculuq işlərindən məmnunluğunu ifadə edib, yaxın dost və tərəfdaş saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
Namiq
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH












