Ramil Usubov Prezidentlə görüşdü

Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib.
Dövlətimizin başçısı Ramil Usubovun uzun illər Daxili İşlər naziri vəzifəsini uğurla icra etdiyini bildirdi. Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev ölkə qarşısında duran vəzifələrin lazimi səviyyədə icrası üçün təhlükəsizlik tədbirlərinin daim gündəlikdə olmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə etdi və ona fəaliyyətində uğurlar arzuladı.
Ramil Usubov ona etimad göstərib Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifəyə təyin edilməsi ilə əlaqədar dövlətimizin başçısına minnətdarlığını ifadə etdi. O bildirdi ki, Daxili İşlər naziri vəzifəsində çalışdığı uzun illər ərzində rəhbərlik etdiyi nazirlik öz fəaliyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin, sonrakı dövrlərdə isə Prezident İlham Əliyevin yüksək diqqət və qayğısını daim hiss edib. Ramil Usubov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitliyin, əmin-amanlığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin böyük əhəmiyyət daşıdığını xüsusi olaraq vurğuladı. O, Təhlükəsizlik Şurasının katibi vəzifəsində ona göstərilən yüksək etimadı doğrultmaq üçün səylərini əsirgəməcəyini bildirdi.(AZƏRTAC)
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO










