Ramil Usubov sıra baxışı keçirdi - 200 nəfər polis oldu - FOTO

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov DİN-in Daxili Qoşunlarının Quba və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində ölkənin Şimal, Aran və Cənub zonalarının ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışları keçirib.
DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, aidiyyəti baş idarə və şəhər, rayon polis şöbələri rəislərinin də iştirak etdikləri sıra baxışlarında həmin bölgələrdə yaşayan, Post-Patrul Xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək istəyən, ümumilikdə, 393 nəfər iştirak edib. Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, iddiaçıların arasından daha hazırlıqlı olan 200 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib.
Namizədlər qarşısında çıxış edən nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, son illər ölkədə müşahidə edilən dinamik inkişafın təməlində xalq-iqtidar birliyinin, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasətinin, ictimai-siyasi sabitliyin dayandığını, bu istiqamətdə qazanılmış müsbət nəticələrin xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xatırladıb.
Nazir R.Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərəfli polis adını uca tutmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, göstərilən etimadı doğrultmalarını, öz üzərilərində səylə çalışmalarını tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.
DİN vətəndaşların nəzərinə bir daha çatdırır ki, polis orqanlarında vakant olan Post-Patrul Xidməti vəzifələrində xidmətə qəbulla bağlı növbəti belə tədbir mayın 13-də DİN-in Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən hərbi hissəsində keçiriləcək.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










