“Range Rover”lə qəza törədən polis əməkdaşının məhkəməsində hal şahidi ilə bağlı qərar çıxarılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov bildirib ki, X.Məmmədov məcburi köçkün, daxili işlər nazirinin verdiyi döş nişanları var.
Vəkil məhkəməyə həmin sənəd və nişanlarını təqdim edib.
Daha sonra vəkil vurğulayıb ki, cinayət işində adı keçən hal şahidi Rövşən Mirzəyevin 12 ildir şəxsiyyət vəsiqəsi yoxdur. Ə.Hüseynov söyləyib ki, bu illər ərzində R.Mirzəyev bir neçə cinayət işində hal şahidi kimi məhkəmələrdə iştirak edib. O, həmin işlərin hökm qərarlarını məhkəməyə təqdim edib.
Hakim bildirib ki, hal şahidi R.Mirzəyev yenidən məhkəmə çağırışlarına əməl etməyib. Məhkəmə onun barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Proses martın 6-dək təxirə salınıb.
Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.
Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA










