“Range Rover”lə qəza törədən polis əməkdaşının məhkəməsində şahidlər ifadə veriblər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Dövlət Yol Polisinin əməkdaşı Fazil Məmmədov ifadə verib.
O bildirib ki, hadisədən əvvəl X.Məmmədovla birlikdə nahar edib: "O, işi olduğunu deyib getdi. Bir müddət sonra isə qəzanın olduğunu eşitdim".
Daha sonra digər şahid Qalib Mirzəyev də dindirilib. Həmin şəxs də eyni məzmunlu ifadə verib. O, hadisə yerində olmadığını və bu səbəbdən olayın necə baş verdiyini bilmədiyini qeyd edib.
Polis əməkdaşı Şamo Məmmədov ifadəsində bildirib ki, hadisə barədə axşam saatlarında növbətçi hissəyə məlumat daxil olub. O, "Range Rover" markalı avtomobilin yandığını deyib: "Mən də bu barədə Xəyaldan soruşdum. O da yanan avtomobilin onun olduğunu söylədi".
Prosesdə X.Məmmədovun vəkili Əli Hüseynov vəsatət qaldırıb. O, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, müstəntiq Həsrət Aslanov və iki hal şahidin məhkəmədə dindirilməsini istəyib.
Hakim isə bildirib ki, əsas şahidlər dindirildikdən sonra bu vəsatətə baxılacaq.
Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.
Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.
Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT










