Rayon avtovağzallarında sıxlıq yaşanır - VİDEO

Bu gün bayram istirahəti başa çatır və sabahdan etibarən rəsmi iş günüdür. Bu səbəbdən bayramı bölgələrdə keçirənlər Bakıya üz tutmağa başlayıblar. Elə ona görə də bölgələrdəki avtovağzallarda sıxlıq müşahidə edilir.
Avtosfer.az-ın məlumatına görə, bu gündən etibarən Mingəçevir avtovağzalında sərnişin sıxlığı müşahidə edilir. Sıxlıq ehtimalını nəzərə alan avtovağzal rəhbərliyi gücləndirilmiş iş rejimində çalışır. Paytaxta yola düşən sərnişinlər sıxlıq olmasına baxmayaraq, rahat yer tapa bildiklərini deyirlər. Xəttə əlavə avtobusların buraxılması mümkün gərginliyi aradan qaldırıb.
Şəki avtovağzalında da bu gün Bakı və Sumqayıt istiqamətlərinə gedən sərnişinlərin sayı 2-3 dəfə artıq olub.Tələbatı ödəmək üçün avtovağzal rəhbərliyi tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Bakıya gün ərzində 6 iritutumlu avtobus yola salınır. Əlavə olaraq, hər yarım saatdan bir mikroavtobuslar da Bakıya yola düşür.
Sərnişin sıxlığı cənub bölgəsində də müşahidə olunub. Ancaq problemin yaşanmaması üçün xəttə əlavə avtobuslar buraxılıb. Avtovağzal rəhbərliyi tərəfindən süni qiymət artımına da ciddi nəzarət edilir. Bölgələrdəki avtovağzalda sıxlığın sabah da müşahidə ediləcəyi gözlənilir.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










