Regional Bağlantı İnvestisiya Konfransı Bakıya nə qazandıracaq? – EKSPERT

Avropa Komissiyasının prezidenti tərəfindən Bakıda Regional Bağlantı İnvestisiya Konfransının keçirilməsi təşəbbüsünün irəli sürülməsi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemində artan rolunun növbəti təsdiqidir.
Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Onun sölzərinə görə belə bir konfransın Bakıda keçirilməsi təsadüfi seçim deyil və ölkənin son illərdə regional nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi kimi qiymətləndirilməlidir:
“Konfrans Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, logistika, enerji və rəqəmsal bağlantı sahələrində yeni investisiyaların cəlb olunmasına, Orta Dəhliz üzrə əməkdaşlığın daha da genişlənməsinə və regionun geoiqtisadi inteqrasiyasına mühüm töhfə verə bilər.
Bu təşəbbüs Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin daha da möhkəmləndiyini göstərir. Konfransın Bakıda təşkili müxtəlif ölkələr, beynəlxalq maliyyə institutları və özəl sektor nümayəndələri arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradacaq. Eyni zamanda, Orta Dəhliz boyunca yükdaşımaların səmərəliliyinin artırılması və yeni investisiya layihələrinin reallaşdırılması baxımından da mühüm platformaya çevriləcək".
Ekspert qeyd edib ki, son illər Azərbaycanda həyata keçirilən iri infrastruktur layihələri ölkənin beynəlxalq tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb:
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası, eləcə də avtomobil və dəmir yolu infrastrukturunun müasirləşdirilməsi Azərbaycanın Avrasiya məkanının əsas logistika qovşaqlarından birinə çevrilməsində mühüm rol oynayıb.
Regional Bağlantı İnvestisiya Konfransının məhz Bakıda keçirilməsi Avropa İttifaqının Azərbaycanın regional bağlantının gücləndirilməsi və dayanıqlı nəqliyyat marşrutlarının inkişafındakı strateji roluna verdiyi önəmin göstəricisidir”ş
Rauf Ağamirzəyev əlavə olaraq qeyd edib ki, belə platformalar təkcə nəqliyyat sektorunun deyil, həm də ticarət, logistika, enerji və rəqəmsal iqtisadiyyat sahələrində yeni tərəfdaşlıqların qurulmasına, region ölkələri arasında iqtisadi əməkdaşlığın genişlənməsinə və Azərbaycanın beynəlxalq logistika xəritəsində mövqeyinin daha da güclənməsinə xidmət edəcək.
Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












