“Renta Car”ın sahibi Bakıda avtoxuliqanlıq etdi – VİDEO

Səhər saat 05:30 radələrində paytaxtın Binəqədi rayonu, Eldar Babayev küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, “Niva” markalı, 10 MP 109 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Mustafayev Həmzə Şəadət oğlu maşını içkili vəziyyətdə divara çırpıb. Sürücü paytaxt küçələrində təhlükəli manevrlər edib, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, yol patrul xidmətinin “Dayan” əmrinə tabe olmayaraq, sürət həddini aşıb. H.Mustafayev və maşında olan Ramin Tağıyev təcili olaraq 1 sayılı Şəhər Klinik xəstəxanasına çatdırılıb. H.Mustafayevin çənəsi sınıb, R.Tağıyevə isə sifətin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Vəziyyətləri orta-ağırdır. Hadisə nəticəsində avtomobil yararsız hala düşüb. Qeyd edək ki, “Niva”nın sürücüsü Həmzə Mustafayev “Renta Car”ın sahibidir.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










