Rəşad Dağlı ilə bağlı xoşagəlməz məlumat yayıldı – FOTO

Ötən gün Prezident İlham Əliyevin əfv sərəncamı ilə bir sıra məhbuslar azadlığa buraxıldı.
Aralarında gənclər, yaşlılar, əcnəbilər, qadın da var idi.
Avtosfer.az globalinfo.az-a istinadən xəbər verir ki, əcnəbilərin buraxılması ölkəmizə dünyada münasibət baxımından da xüsusi diqqət çəkir.
İslah olunmuş gənclərin azadlığa çıxması, cəmiyyətə qazandırılması da müsbət haldır – təbii, cəmiyyət onları, onlar da cəmiyyəti qazana biləcəksə…
Bunu zaman göstərəcək.
Bəs əfv sərəncamından sonra bu günümüzün bizə göstərdiyi nədir?
Sosial şəbəkədə formalaşmış təəssüf doğuran mənzərə.
Ölkə başçısı mühüm bir qərara imza atıb, amma əksər şərhlər bundan ibarət idi:
“Əfv siyahısında Rəşad Dağlının adını axtardım, heyf ki, yoxdur!”
“Rəşad Dağlının adını siyahıda axtardım, görməyib üzüldüm”
“Rəşad Dağlının adını görmədim”
“Rəşad Dağlı da azadlığa buraxılmalı idi”
Hələ bir də görürsən, yazırlar ki, Rəşad Dağlının günahı yoxdur, onu azadlığa buraxmalıdırlar.
Adama deyərlər, ay qardaş, niyə?
Azərbaycanın polis, hüquq və məhkəmə sistemini şübhə altına almaq haqqını sənə kim verib?!
Rəşad Dağlı usta meyxanaçıdır, buna söz ola bilməz! Son illərdə meyxanaya onun qədər kolorit gətirən olmayıb.
Amma bu onu cinayət məsuliyyətindən azad etmir axı. Ki, özü də buna çalışmayıb, könüllü təslim olub.
Deyək ki, Rəşad Dağlı İsgəndəri deyil, sizin yaxınınızı və ya doğmanızı öldürsəydi, yenə də onun azadlığa buraxılmasını istəyərdinizmi? Əlbəttə ki, yox! Əksinə, ona qarşı böyük kin və qəzəb hiss edəcəkdiniz.
Yəqin ki, Rəşad Dağlı da cəzasının müəyyən hissəsini çəkdikdən sonra azadlığa buraxılacaq. Azərbaycanda belə hallar illərdir mövcuddur və qanunvericilikdə bununla bağlı müəyyən mexanizmlər var: islah olunanlar azadlığa qovuşurlar.
İndi imkan verin, kişi cəzasını çəksin, boş yerə cəmiyyətdə ona qarşı aqressiya yaratmayın.
Əmin olun ki, bununla Rəşad Dağlıya da, cəmiyyətimizə də daha çox zərər vurmuş olursunuz.

Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












