Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı

Rəsmi Bakı Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyasının parlament seçkisində qələbəsindən sonra ilk addımını atıb.
Avtosfer.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev iyunun 14-də ilk dəfə Ermənistanın Dilican şəhərinə səfər edərək, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşünə bu aspektdən yanaşmaq lazımdır:
“Rəsmi Bakı İrəvanla sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında zəruri dəyişikliyin həyata keçirilməsini istəyir. Ancaq indi vəziyyət elədir ki, Nikol Paşinyan qələbəsinə rəğmən, parlamentdə Konstitusiya dəyişikliyini referenduma çıxaracaq qədər səsə malik deyil. Hətta bu mümkün olsa belə, Nikol Paşinyana səs verən ermənilərin avtomatik Konstitusiya dəyişikliyinə səs verəcəyini proqnozlaşdırmaq çətindir.
Misal üçün ermənilərin əksəriyyəti referendumda Konstitusiya dəyişikliyinin əleyhinə səs versə, bu həm Nikol Paşinyanın mövqeyini zəiflədəcək, həm də Azərbaycanla sülh prosesinə zərbə olacaq. Bu gedişat Azərbaycanın da maraqlarına cavab vermir. Belə olan halda Bakı ilə İrəvan arasında məsləhətləşmələrin intensivləşdirilməsinə və sülh sazişinin imzalanması yollarının daha detallı müzakirəsinə ehtiyac var. Çünki sülh sazişinin imzalanması yubandıqca, bundan Kreml və onun Ermənistandakı əlaltıları vəziyyəti gərginləşdirmək üçün istifadə etməyə çalışacaqlar.
Burdan da ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan liderlərini yaxın həftələrdə Vaşinqtonda qəbul etmək istəyir. O, ötən ilin avqustunda Ağ Evdə paraflanan sülh sazişinin imzalanmasında maraqlıdır”.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












