Rəşt-Qəzvin dəmir yolu istismara verilib

İranın Gilan vilayətində Rəşt-Qəzvin dəmir yolu istismara verilib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, İran prezidenti Həsən Ruhaninin iştirakı ilə baş tutan açılış mərasiminə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, eləcə də Pakistan və İraq rəsmiləri qatılıb. Rəştdən ilk qatar Məşhəd istiqamətində yola düşüb. 164 kilometr uzunluğu olan Rəşt-Qəzvin dəmiryolunun inşasına 18,5 trilyon rial (təxminən 440 milyon dollar) vəsait xərclənib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolu yükdaşıma xərclərinin 38 faiz, çatdırılma müddətinin isə 22 gün azalmasına səbəb olacaq ki, bu da iqtisadi baxımdan olduqca əhəmiyyətlidir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












