Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş

Zəngəzurda Nüvədi kəndində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əraziyə giriş-çıxışı məhdudlaşdırması ilə bağlı yayılan məlumatlar müzakirələrə səbəb olub. Bəzi ekspertlər bunun Zəngəzur dəhlizinin açılması prosesinə maneə yaratmaq məqsədi daşıdığını düşünürlər.
Rusiya Nüvədi kəndini faktiki olaraq nəzarətə götürür? Bu, Ermənistan ərazisində təsir dairəsinin genişləndirilməsinin yeni mərhələsi sayıla bilərmi? Ümumiyyətlə, proseslərin pərdəarxasında nələr baş verir?
Avtosfer.az-ın məlumatına görə, "Globalinfo"ya danışan politoloq Elxan Şahinoğlu deyib ki, ilk növbədə yayılan məlumatların həqiqiliyi dəqiqləşdirilməlidir:
“Ermənistan daxilində Rusiyaya yaxın qüvvələr bu xəbərləri məqsədli şəkildə, Moskvanın maraqlarına əsasən yaymış ola bilərlər. Məqsəd seçkilər ərəfəsində və ya sonrasında ölkədaxili vəziyyəti gərginləşdirmək, ictimai rəydə narahatlıq yaratmaq ola bilər. Əgər yayılan məlumatlar doğrudursa, bu, Rusiyanın Ermənistanda ABŞ-la geosiyasi rəqabətinin daha açıq mərhələyə keçdiyini göstərir. Çünki son dövrlər Zəngəzur dəhlizi və regiondakı nəqliyyat marşrutları ətrafında müxtəlif beynəlxalq təşəbbüslər müzakirə olunur. Belə bir şəraitdə Moskvanın sərt addımlar atması Vaşinqtona açıq mesaj kimi qiymətləndirilə bilər. Rusiya hazırda Ukraynada genişmiqyaslı müharibə aparır. Belə bir vaxtda Ermənistanda əlavə gərginlik ocağının yaranması Moskva ilə Qərb arasında münasibətləri daha da mürəkkəbləşdirə bilər. Bu isə regionda yeni siyasi və təhlükəsizlik riskləri formalaşdırır. Hadisələrin inkişafını qiymətləndirmək üçün ilk növbədə məlumatların rəsmi mənbələr tərəfindən təsdiqlənməsi vacibdir. Bundan sonra proseslərin mahiyyəti və mümkün nəticələri barədə daha dəqiq nəticə çıxarmaq mümkün olacaq”.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












