Rusca danışdığına görə sürücünün saçını yoldular

Latviyanın paytaxtı Riqada rus dilinə görə qalmaqal yaranıb. İctimai nəqliyyatda sərnişin onunla latışca danışmaqdan imtina edən sürücünün saçını yolub. Avtosfer.az Bizimyol.info-ya istinadən xəbər verir ki, sərnişin sürücüdən söz soruşanda ikinci ona rusca cavab verib. Qadınlar arasında qalmaqal da bundan sonra başlayıb. Sərnişin sürücünün saçına əl atıb. Övladı ilə yol gedən qadın özünə haqq qazandırmağa çalışır: “Mənim üç yaşlı uşağım onun dediklərini başa düşmürdü. Mübahisədən sonra o, istədiyim dayanacaqda saxlamadı. Mən qışqırırdım ki, bizi düşürsün. Məcbur qalıb saçlarından yapışdım. Bundan sonra bizi tanımadığım yerdə avtobusdan buraxdı”.
Sürücünün işlədiyi Dauqava avtobus parkı əhvalatın bu versiyasını qəbul etmir. Onların fikrincə, sürücü rusca danışa bilməzdi, çünki latışca ünsiyyət üçün xüsusi kurs keçib. Avtobusu başqa dayanacaqda tərk etmək isə sərnişinin günahıdır. Çünki lazımi dayanacaqda hazırlıqsız olub.
Kimin haqlı olmasını müəyyənləşdirmək üçün ortada kamera görüntüləri yoxdur. Amma Latviya Dövlət Dil Mərkəzinin əməkdaşları istənilən halda araşdırma aparmaq fikrindədir. Sürücünün günahkar olduğu müəyyənləşsə, onu 280 avroya qədər cərimə gözləyir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












