Rusiya ilə sərhəddə körpünün tikintisi ilin sonuna kimi yekunlaşacaq

Azərbaycanın Rusiya Federasiyası ilə dövlət sərhəddində yerləşən Samur çayı üzərində inşa olunan avtomobil körpüsünün tikintisi bu ilin sonuna kimi yekunlaşacaq. Avtosfer.az xəbər verir ki, bu barədə APA-nın şimal bürosuna “Azəravtoyol” ASC-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, tikinti işləri plana uyğun aparılır. Körpünün dekabr ayında istifadəyə verilməsi planlaşdırılır. Qeyd edək ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb. Körpünün tikintisinə 2017-ci il oktyabrın 18-də başlanılıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünün yerində tikilir. Uzunluğu 325,3 metr, eni 17,3 metr təşkil edəcək körpü üç hərəkət zolağından ibarət olacaq.
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA












