Rusiya İrandakı vətəndaşlarını Azərbaycan vasitəsilə tərk etməyə çağırıb

İrandakı Rusiya səfirliyi vətəndaşlarına və həmvətənlərinə gücləndirilmiş təhlükəsizlik tədbirlərinə riayət etməyi və imkan daxilində bu ölkəni tərk etməyi tövsiyə edib.
Avtosfer.az xəbər verir ki, diplomatik nümayəndəlik rusiyalıları sakit olmağa, səfirliyin və İran hakimiyyətinin rəsmi açıqlamalarını diqqətlə izləməyə, hərbi və dövlət obyektlərinə yaxın yerlərdən çəkinməyə çağırıb.
Həmçinin İranın hər hansı bir yerində foto və ya video çəkməmək tövsiyə olunub. Səfirlik media və sosial media vasitəsilə yayıla biləcək çaxnaşmaya yol verməməyin vacibliyini vurğulayıb.
Rusiya vətəndaşlarına, həmçinin növbəti xəbərdarlığa qədər İrana səyahət etməkdən çəkinmək tövsiyə olunur. Ölkəni tərk etmək üçün optimal yollar Astaradan Azərbaycana keçmək, Azərbaycan hakimiyyətinin əvvəlcədən icazəsinə üstünlük vermək, eləcə də Ermənistan-İran sərhədindəki Nurduz-Aqarak keçid məntəqəsindən çıxmaq kimi müəyyən edilib. Vətəndaşlara səyahət edərkən ehtiyatlı olmaq və sayıqlığı artırmaq tövsiyə olunur.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












