Rusiya və Azərbaycan birgə çay-dəniz tankerləri tikməyi planlaşdırır

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı Rusiya üçün strateji prioritetdir və qarşıdakı illər üçün əsas infrastruktur layihələrindən biridir.
Avtosfer.az Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə nazir Maksim Reşetnikov VTB-nin “Rusiya çağırır!” investisiya forumunda bildirib.
O, qeyd edib ki, “Şimal-Cənub” dəhlizi çərçivəsində 100-dən çox konkret layihə həyata keçirilir. Onun sözlərinə görə, bu istiqamət Rusiyanın tranzit potensialını əhəmiyyətli dərəcədə gücləndirmək və Yaxın Şərq, Mərkəzi Asiya və Hind okeanı regionu ölkələri ilə ticarət əlaqələrini genişləndirmək üçün nəzərdə tutulub.
M.Reşetnikov vurğulayıb ki, Rusiya tərəfi layihəni tam maliyyələşdirmə də daxil olmaqla, bütün zəruri resurslarla təmin edir.
Nazir Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi diqqət yetirib. Layihənin Rusiya komponentinə Mahaçqala limanının modernləşdirilməsi, Həştərxanda xüsusi iqtisadi zonanın inkişafı və Volqa-Xəzər kanalının dərinləşdirilməsi daxildir. Paralel olaraq, İran limanlarına birbaşa bərə və konteyner xidməti də daxil olmaqla, tranzit xidmətlər yaradılır. Xəzər regionu üzrə tərəfdaşlar arasında Azərbaycan və Qazaxıstanda yeni layihələr vurğulanıb: Azərbaycan Ələt limanını, Qazaxıstan isə Aktau və Kurık limanlarını inkişaf etdirir.
Azərbaycanla birlikdə çay-dəniz tankerlərinin birgə tikintisi planlaşdırılır: “Bu, genişmiqyaslı, perspektivli layihələrdir. Xarici şirkətləri birgə işimizdə fəal iştirak etməyə dəvət edirik”.
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO












