Rusiyada dəhşətli qəza törədən azərbaycanlının yaxınları danışdı - VİDEO

Rusiyanın Sank-Peterburq şəhərində "BMW X6" markalı avtomobillə qəza törədərək, 2 nəfərin ölümünə və 3 nəfərin də ağır yaralanmasına səbəb olan azərbaycanlı Murad Qasımovun yaxınları zərərçəkmişlərə kömək etməyə hazır olduqlarını açıqlayıb və pul təklif ediblər.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Kanal 5" kanalına zərərçəkmişlərdən birinin qonşusu məlumat verib.

Hadisəni törətməkdə şübhəli bilinən Murad Qasımovun atası Qəhrəman Muradov oğlunun 2 ildən artıqdır ki, ağır mininqit olduğunu və qəzanın bu səbəbdən baş vermiş ola biləcəyini deyib. O, həmçinin oğlunun günahı sübuta yetiriləcəyi təqdirdə cəzalandırılmasının tərəfdarı olduğunu bildirib. Murad Qasımovun əmisi Əli Qasımov və əmioğlusu Firuz da eyni fikirdə olduqlarını deyiblər. Onlar zərərçəkənlərin dərdinə şərik olduqlarını və hər cür ehtiyaclarını qarşılamağa hazır olduqlarını dilə gətiriblər.
Qeyd edək ki, fevralın 24-ü gecə saatlarında Murad Qasımov "BMW X6" model avtomobillə idarəetməni ititrərək, piyada yoluna çıxmış və 5 nəfəri əzmişdi. Hadisə nəticəsində 2 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdı.
Mətbuatın yazdığına görə, Sankt-Peterburqda bahalı avtomobil nömrələrinin satışı ilə məşğul olduğu deyilən Murad Qasımov BMW və Mercedes markalı lüks avtomobillərin sahibidir. Bildirilir ki, o, ötən il yol-hərəkət qaydalarını pozduğu üçün sürücülük vəsiqəsindən məhrum edilib. Ümumilikdə onun barəsində təxminən 55 protokol tərtib olunub. Hazırda 30 min rubl cərimə borcu var.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












