Rusiyada yol qəzasında ölən 6 azərbaycanlının cənazəsi bu gün ölkəyə gətiriləcək

Martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində həlak olan 6 azərbaycanlının cənazəsi bu gün Azərbaycana göndəriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev deyib.
Onun sözlərinə görə, artıq cənazələrin göndərilməsi ilə bağlı bütün sənədləşmə işləri başa çatmaq üzrədir: "Bu gün Moskva vaxtı ilə saat 10:00-da cənazələr ölüxanadan təhvil alınacaq. Dünyasını dəyişənlərin əksəriyyətinin yaxınları da gəliblər. Gün ərzində bütün işlər başa çatdırılacaq və cənazələr Azərbaycana yola salınacaq".
F.Yarıyev bildirib ki, hadisə nəticəsində xəsarət alan 3 azərbaycanlıdan birinin vəziyyəti ağırdır: "Digər iki azərbaycanlının vəziyyəti stabildir. Yaralılar Nevinnomısk xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər".
Xatırladaq ki, martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğrayıb. Hadisə nəticəsində mikroavtobusda olan Ağcabədi rayon sakinləri, 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinov dünyasını dəyişib, 3 azərbaycanlı isə xəsarət alıblar.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












