Rusiyadan digər ölkələrə xəbərdarlıq: "Hazırlaşın, sizə "vor zakonlar" gəlir..."

Bu gün Rusiya Dövlət Duması cinayətkar aləmdə yüksək iyerarxiyaya daxil olan şəxslər, yəni "vor zakon”lar üçün cinayət məsuliyyətini sərtləşdirən və prezident Vladimir Putin tərəfindən irəli sürülən qanun layihəsini qəbul edib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, qanun imkan verəcək ki, "vor zakon” statusu daşıyan cinayətkar aləm nümayəndələri bu statuslarına görə uzunmüddətli həbs cəzalarına məhkum edilsinlər. Vaxtilə bu metodikadan Gürcüstanda Mixail Saakaşvili istifadə etmişdi və nəticədə "vor zakon”lar ölkəni kütləvi tərk etməli olmuşdu. Qanun layihəsinin müzakirəsi zamanı deputat Aleksandr Xinşteyn başqa ölkələrə tövsiyə edib ki, "vor zakonların” Rusiyadan kütləvi miqrasiyasına hazır olmağa çağırıb. O bildirib ki, Rusiyada artıq beş ildir "vor zakonların” toplantısı olmur. Belələri öz işlərini müzakirə etmək üçün başqa ölkələrə-Türkiyə, Yunanıstan və Ermənistana üz tutmalı olurlar. "Başqa ölkələrin hüquq-mühafizə orqanlarından həmkarlarımız artıq bizim həmkarlara zəng vururlar və narahat halda soruşurlar ki, Rusiyadan onların ölkələrinə cinayətkar "avtoritetlərin” miqrasiyasına hazırlaşsınlarmı. Aydındır və şübhəsizdir ki, bu miqrasiyaya hazırlaşmaq lazımdır”-Xinşteyn deyib
Deputatın bildirdiyinə görə 2008-ci ildə Rusiyada 38 "vor zakon” tutulub, 8-i ölkədən çıxarılıb, 14-nün ölkəyə girişi qadağan edilib. Hazırda Rusiya həbsxanalarında 77 "vor zakon” var ki, bu da ölkə üzrə kriminal avtoritetlərin üçdə biridir.
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil










