Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı

Rusiyanın Tver vilayətindəki uşaq düşərgəsinə gətirilən "Papa mojet" sosislərində salmonella aşkar edildiyi iddia olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sözügedən məhsulu nəzarətə götürüb.
Avtosfer.az-ın məlumatına görə, yekun nəticə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib ki, cari ilin ötən dövrü ərzində həyata keçirilən nəzarət tədbirləri zamanı "Ostankino" ət emalı müəssisəsindən idxal olunan məhsullarda, o cümlədə sosislərdə hər hansı uyğunsuzluq müəyyən edilməyib:
"Ət və ət məhsullarının idxalına yalnız həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilmiş müəssisələr olduğu təqdirdə icazə verilir. Bu məhsulların idxalına yalnız o halda icazə verilir ki, ixracatçı ölkənin səlahiyyətli orqanı həmin məhsulların baytarlıq sahəsində beynəlxalq normalara uyğun olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi nümunələrə uyğun tərtib edilmiş beynəlxalq baytarlıq sertifikatları təqdim etsin. Məhsullar idxal olunduqdan sonra onlar üzərində sənəd, eynilik və fiziki nəzarət tədbirləri həyata keçirilir.
Fiziki nəzarət zamanı məhsullar laboratoriya tədqiqatlarına (sınaqlarına), habelə sadə fiziki-kimyəvi analizlərə cəlb olunmaqla təhlükəsizlik göstəriciləri, o cümlədən salmonella, minimum keyfiyyət göstəriciləri və orqanoleptik xüsusiyyətlər baxımından yoxlanılır. Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ölkəyə idxal olunan və dövriyyədə olan məhsulları daim nəzarətdə saxlayır", - deyə cavabda qeyd edilib.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












