Rusiyanın Ermənistana silah ötürməsi ilə bağlı faktları POLİTOLOQ İFŞA ETDİ - FOTO

Politoloq Elxan Şahinoğlu 1997-ci ildə Rusiyanın Ermənistana silah ötürməsi ilə bağlı qalmaqallı hadisələri yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qələbə qazanmaqla yanaşı, rəsmi Moskvanın illər əvvəl işğalçı ölkəyə ötürdüyü hərbi texnikanı da sıradan çıxarıb. Şahinoğlu bildirib ki, 44 günlük müharibə zamanı məhv edilən silah və texnikaların böyük hissəsi keçmiş SSRİ və Rusiya istehsalı olub.
.jpg)
Politoloq xatırladıb ki, 1997-ci ilin aprelində Rusiya Dövlət Dumasının Müdafiə məsələləri komitəsinin rəhbəri Lev Roxlin qapalı iclasda Rusiyanın Ermənistana qanunsuz şəkildə 1 milyard dollar dəyərində silah və hərbi texnika göndərdiyini açıqlamışdı. Onun sözlərinə görə, bu bəyanat həm Rusiyada, həm də Azərbaycanda ciddi rezonans doğurmuşdu. Roxlin bir il sonra bağ evində qətlə yetirilmişdi.

Elxan Şahinoğlu qeyd edib ki, həmin il Rusiyaya səfər edən mərhum Prezident Heydər Əliyev məsələni Prezident Boris Yeltsinin qarşısında qaldırmış, nəticədə araşdırma üçün ortaq komissiya yaradılmışdı. Lakin komissiyanın fəaliyyəti nəticəsiz qalıb.
Politoloqun sözlərinə görə, o dövrdə Rusiya Baş Nəzarət İdarəsinin rəhbəri vəzifəsində çalışan Vladimir Putinə Müdafiə Nazirliyində araşdırma aparmaq tapşırılmışdı. Putin “Kommersant” qəzetinə müsahibəsində sabiq müdafiə naziri Pavel Qraçovun Ermənistana silah ötürməsi ilə bağlı məlumatlı olmadığını desə də, eyni zamanda hərbi texnikanın göndərilməsi faktını dolayı yolla təsdiqləmişdi. O, silahları ötürən şəxslərin adlarının ona məlum olduğunu, lakin açıqlamaq istəmədiyini bildirmişdi.
Elxan Şahinoğlu vurğulayıb ki, sonradan müdafiə naziri təyin olunan İqor Rodionov da Ermənistana hərbi texnika göndərildiyini təsdiqləmişdi. Buna baxmayaraq, Rusiyada məsuliyyətə cəlb olunan olmayıb.
Politoloq xatırladıb ki, yaradılmış birgə komissiyaya Azərbaycan tərəfdən o zamankı baş nazirin müavini Abbas Abbasov rəhbərlik edib. Abbas Abbasov 2001-ci ildə verdiyi müsahibədə Boris Yeltsinin fərmanına zidd olaraq Ermənistana hərbi texnika göndərildiyini təsdiqləsə də, Rusiya ilə münasibətlərdə gərginlik yaradılmasının tərəfdarı olmadığını bildirib.
Elxan Şahinoğlu hesab edir ki, 30 il əvvəl baş verən hadisələr unudulmamalıdır: “Rusiya illər boyu Azərbaycan torpaqlarının işğalı məqsədilə Ermənistana hərbi texnika ötürüb. Bu məsələni araşdırmaq üçün yaradılan komissiyanın fəaliyyəti isə subyektiv səbəblərdən nəticəsiz qalıb. Azərbaycan isə İkinci Qarabağ müharibəsində həmin texnikanı məhv etməklə tarixi ədaləti bərpa edib”.
Eltac Zülfüqaroğlu
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ
Bu göstərici üzrə biz dünyada birinci yerdəyik - İlham Əliyev
Taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni qaydalar bu sürücülərə şamil edilməyəcək – AÇIQLAMA - VİDEO
Bakının bəzi yollarında təmir işləri aparılacaq - Bu gecə - Sürücülərin diqqətinə!








