Rüşvət verən sabiq direktor müavinin kassasiya şikayəti təmin edilməyib

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Samirə Əjdərzadənin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, S.Əjdərzadənin kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, S.Əjdərzadə digər şəxslə birgə Tural Xəlilova qarşı dələduzluq etməkdə təqsirli bilinib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan qadın apellyasiya şikayətiu verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Xatırladaq ki, daha sonra S.Əjdərzadəyə qarşı Cinayət Məcəlləsinin (CM) 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 79-cu maddəsi nəzərə alınaraq, qadının azyaşlı uşağı 14 yaşına çatana qədər hökmün icrası təxirə salınıb.
S.Əjdərzadə Binə qəsəbəsində yerləşən məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












