Rüşvət verməyə təhrikdə təqsirləndirilən iki polis əməkdaşı özlərini təqsirli biliblər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Əli Nəcəfov və Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktına əsasən, Ə.Nəcəfov Nərimanov Rayon Polis İdarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq, onları Daxili İşlər Nazirliyində işə düzəldəcəyi vədini verib. Sabunçu Rayon Polis İdarəsinin əmədaşı olmuş V.Əliyev isə öz qohumunu işə düzəltmək adı ilə ondan 9 min manat pul alıb, Ə.Nəcəfova verib. Daha sonra hər iki şəxs verdikləri vədlərə əməl etməyiblər. Vətəndaşların şikayətindən sonra Ə.Nəcəfov ölkə xaricinə qaçıb. "İnterpol" xətti ilə axtarışda olmuş Ə.Nəcəfov Ukraynada saxlanılıb, Azərbaycana ekstradisiya edilib. Məhkəmədə elan olunmuş ittiham üzrə hər iki şəxs özlərini təqsirli bilmədiklərini söyləyiblər. Daha sonra şahid qismində Xatirə Məmmədova ifadə verib. O, qardaşı qızını polisə işə düzəltmək üçün Ə.Nəcəfova 10 min manat pul verib: "İş alınmadı, Əli həmin puldan yalnız 1000 manatı geri qayardı". Digər şahid Solmaz Quliyevlə onun həyat yoldaşı Şamil Tağıyev dindirilən zaman oğlunu polisə işə düzəltmək üçün Ə.Nəcəfova 10 min manat pul verdiyini qeyd edib. Təqsirləndirilən Ə.Nəcəfovun atası Allahverdi Nəcəfov isə məhkəmədə ifadə verməkdən imtina edib. Şahid Eldar Alyarov oğlunu polisə düzəltmək üçün Ə.Nəcəfova 7 min, keçmiş polis əməkdaşı Fəxrəddin İbişov da dostunun oğlunu polisə düzəltmək üçün 7 min manat pul verdiyini ifadə edib. F.İbişov həmin puldan 1500 manatın geri qaytarıldığını söyləyib. Raqif Əliyev isə qeyd edib ki, bacısı oğlunu polisə işə düzəltmək üçün həmyerlisi və qohumu V.Əliyevə 9 min manat pul verib. V.Əliyev isə həmin pulun 8 min manatını Ə.Nəcəfova verdiyini söyləyib. Ə.Nəcəfov da deyib ki, 8 min pulu V.Əliyevə geri qaytarıb. R.Əliyev bildirib ki, bir neçə gün bundan əvvəl V.Əliyev onunla əlaqə saxlayıb: "Mənə dedi ki, "sən Əlinin üzünə dur". Mən isə razı olmadım. Pulu şəxsən Vüsala vermişəm, o isə mənə heç nə qaytarmayıb".
V.Əliyev R.Əliyevə belə bir söz demədiyini söyləyib. Məhkəmənin növbəti iclası martın 29-na təyin edilib. Qeyd edək ki, Ə.Nəcəfovla V.Əliyevin barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. V.Əliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil










