Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

Azərbaycanda iyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 20-də hava yağmursuz keçəcək.
Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti təşkil edəcək.
Sabah çimərliklərdə hava necə olacaq?
AZAL Bakı-Naxçıvan reysləri ilə bağlı məlumat yaydı
Ölkəmizdə ictimai təhlükəsizlik və kriminal durum tam nəzarət altındadır - ŞƏRH
Qəzada ölən Amalla bağlı məhkəmə hökmləri yayıldı - FOTO
İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI
Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA
Avtomobili pandusun qarşısında saxladı; əlilə mane oldu – VİDEO
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb










