Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Azərbaycanda bazar gününə olan hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 10-da havanın dəyişkən buludlu və yağmursuz olacağı gözlənilir.
Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti təşkil edəcək.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.
Nazirlik xəbərdarlıq edir ki, martın 10-da gün ərzində Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












