Sabah üç hava limanında xəbərdarlıq tətili keçiriləcək

Verdi həmkarlar ittifaqının çağırışı ilə yanvarın 10-da Almaniyanın üç hava limanında birgünlük xəbərdarlıq tətili keçiriləcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, tətildə Düsseldorf, Köln-Bonn və Stuttgart hava limanlarının təhlükəsizlik xidmətinin heyəti iştirak edəcək. Aksiyanın 110 minə yaxın sərnişinə, həmçinin hava nəqliyyatının işinə təsir göstərəcəyi bildirilir.
Həmkarlar ittifaqı təşkilatı nəzarət nöqtələrində çalışanlara saathesabı 20 avro ödənməsini tələb edir. İşəgötürən isə ildə 1,8-2 faiz maaş artımı təklifini irəli sürür. Bu təkliflə razılaşmayan Verdi xəbərdarlıq tətili keçirmək qərarına gəlib.
Tərəflər yanvarın 23-də yenidən danışıqlar masası arxasına keçəcəklər. Bu dəfə də razılıq əldə olunmasa, həmkarlar ittifaqının bütün ölkə ərazisində və daha uzunmüddətli tətil çağırışı etməsi gözlənilir.
Xatırladaq ki, bazar ertəsi günü Berlindəki hava limanında 4 saat sürən xəbərdarlıq tətili nəticəsində 60-dan çox uçuş təxirə salınmışdı.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










