Sabiq direktorun məhkəməsinə zərərçəkmiş və şahidlər məcburi gətiriləcəklər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləmiş Telman Səlimov, Məhəmməd Qafarov və Vaqif Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər Məmmədov İlqar Sabir oğlu, Hacıyev Qismət Mirzə oğlu, Məmmədov Emin Tapdıq oğlu və şahid Hüseynov Tural Şakir oğlunun məhkəməyə gəlmədiyi elan olunub. Hakim bildirib ki, zərərçəkmişlər və şahidlərin məhkəməyə gəlmələri ilə bağlı onlara dəfələrlə xəbərdarlıq edilib, lakin həmin şəxslər məhkəmənin çağırışına məhəl qoymurlar. Bu səbəbdən məhkəmə onların barəsində məcburi gətirilmə barədə qərar çıxarıb. Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.
Xatırladaq ki, T.Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.
O, bundan əvvəl də məhkum olunub. Bir müddət əvvəl Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Səlimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.
Dələduzluqda təqsirləndirilən T.Səlimovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən eyni əmələ görə həbs edilib.
O, bu dəfə dələduzluqda M.Qafarov və V.Əliyevlə birgə ittiham edilir.
“Bakı-Tbilisi qatarının bərpası…” - Deputatdan açıqlama
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO










