Şabranda bəzi yollar sıradan çıxıb, qaz problemi yaranıb - Açıqlama

Bir neçə gündür müşahidə olunan intensiv yağışlar nəticəsində Şabran rayonunun qaz təchizatında problem yaranıb. Həmçinin yağış və sel suları rayon infrastrukturuna ziyan vurub, rayonda yerləşən hotellərə gedən yolları sıradan çıxarıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya sakinlər məlumat veriblər. Onların bildirdiyinə görə, rayon mərkəzindən keçən Dəvəçiçayın daşması nəticəsində bir sıra ev və obyektlərə ziyan dəyib. Evini sel aparan sakinlər təhlükəsiz yerlərə təxliyə olunsalar da, hələ də selin yaratdığı fəsadlar qalmaqdadır.
Problemlə bağlı Şabran Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda ərazidə texnika və canlı qüvvə çalışır, yaranmış problemlər aradan qaldırılır: “27-28 mart və 4-5 aprel tarixlərində Şabran rayonuna yağan intensiv yağışlar nəticəsində rayon ərazisində bir çox fərdi yaşayış evlərinə, infrastruktura ciddi ziyan dəyib. Şabran rayonu ərazisində qaz xətlərində yaranmış qəzaların qarşısının alınması istiqamətində işlər sürətlə davam etdirilir. Belə ki, ötən gün saat 15:00-dan etibarən Şabran şəhərinə təbii qazın verilməsi təmin olunub, kəndlərdə də bu istiqamətdə işlər davam etdirilir.
Rayonun Çölquşçu inzibati ərazi dairəsinə daxil olan kəndlərdə su basmış evlər Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sulardan təmizlənir. Şabran-Əmirxanlı-Qalaaltı avtomobil yolu sel suları nəticəsində tamamilə yararsız hala düşdüyü üçün sakinlərin gediş-gəlişini təmin etmək məqsədilə hazırda alternativ yolda təmir-bərpa işləri aparılır. Şabran-Düz Bilici-Pirəbədil avtomobil yolunun üzərində salınmış körpülər və yol tamamilə dağıldığı üçün Şabran-Dağ Bilici-Zeyvə avtomobil yolundan istifadə etmələri sakinlərə tövsiyə olunub”.
Şabran RİH-dən həmçinin bildirilib ki, Rayon Fövqəladə Hallar Komissiyası rayon ərazisində əhaliyə və infrastruktura dəymiş ziyanın ölçülməsi ilə bağlı intensiv işlər aparır.

İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












