Şabranda narkotik alverçiləri saxlanılıb - FOTO

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakini Əfqan Məmmədov narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 0,2 qram qurudulmuş marixuana aşkarlanıb. O ifadəsində narkotik vasitəni rayon sakini Elmar adlı şəxsdən aldığını bildirib. Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Elmar Babayev saxlanılaraq onun yaşadığı evə baxış keçirilib və oradan siqaret və kibrit qutularında, həmçinin plastmas qabda ümumi çəkisi 274,7 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı E.Babayev narkotik vasitəni xüsusi aqrotexniki qaydada qulluq edərək evdə dibçəklərdə becərdiyini bildirib.
Faktla bağlı Şabran RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"












