Sabunçu-Bakı qatarında gediş haqqı məlum oldu

Sabunçudan Bakıya hərəkət edən qatarlarda gediş haqqı 50 qəpik təşkil edəcək. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə AzTV-nin efirində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov məlumat verib.
Cavid Qurbanovun sözlərinə görə, qatarda gediş haqqı avtobuslara nisbətən daha ucuz olacaq. Eyni istiqamətdə marşrut avtobuslarında gediş haqqı 60 qəpikdir. “Dayanacaqları nəzərə almaqla Sabunçu dəmir yolu vağzalından Bakı stansiyasına 15 dəqiqə ərzində çatmaq mümkün olacaq. Gələcəkdə dəmir yolu xətləri Əhmədli, Zirə, Pirallahı, həmçinin Heydər Əliyev adına Hava Limanına qədər uzanacaq”.
Qeyd edək ki, mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












