Sabunçu qəsəbəsinə elektrik qatarlarının hərəkəti bərpa olunacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin may 10-da Bakının Sabunçu qəsəbəsində yenidən qurulan dəmir yolu stansiyasını istifadəyə verəcək. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov məlumat verib.
“Beləliklə, Bakının mərkəzindən Sabunçu qəsəbəsinə qədər dəmir yolu marşrutu açacağıq. Bunun üçün yeni qatarlar sifariş edilib, həmçinin əlavə iki qatarımız var. Əvvəllər bu məsəfəni yarım saata getmək mümkün idisə, artıq bu müddət 10 dəqiqə olacaq. Qatarlar bir saatdan bir hərəkət edəcək”, - deyə o, qeyd edib.
Bundan başqa, C.Qurbanovun sözlərinə görə, Sabunçudan Sumqayıta qədər olan dəmir yolunda isə işlər ilin sonuna qədər yekunlaşacaq. “Abşerondakı dairəvi dəmir yolu xəttində aparılan işləri 1-2 aya bitirəcəyimizi düşünürdük, amma orada iş çoxdur. Xətt boyu avtomobil yolları ilə kəsişmələr var. Bunları aradan qaldırmaq üçün çalışırıq ki, bütün keçidlər yerin altında olsun, bununla da təhlükəsizlik və rahatlıq təmin edilsin”, - deyə ADY sədri əlavə edib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












