Sabunçuda evdən külli miqdarda narkotik vasitə götürülüb

Sabunçu rayonunda evdən külli miqdarda narkotik vasitə aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu rayon Polis idarəsi 42-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rüstəm İmanov saxlanılıb.
Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 3,884 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq R.İmanovun yaşadığı Ləhiş bağlar massivindəki mənzilə də polislər tərəfindən baxış keçirilib. Oradan isə həmin şəxsə məxsus ümumi çəkisi 1 kiloqram 7 qram narkotik vasitə olan heroin, 6 ədəd süngü-bıçaq və 1 ədəd kustar üsulla hazırlanan balta aşkar edilərək götürülüb.
Faktla bağlı saxlanılan şəxs barəsində 42-ci polis bölməsində toplanan material Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












