ŞAD XƏBƏR: “Xaliq Faiqoğlu” şirkəti Bakıya ilk CNG avtobusunu gətirdi

“Xaliq Faiqoğlu” şirkəti avtobus parkının müasir, ekoloji standartlara cavab verən təbiət dostu avtobuslarla yeniləməsi istiqamətində yeni fəaliyyət proqramının icrasına başlayıb.
10 ildən çoxdur əməkdaşlıq etdiyimiz “Anadolu İsuzu” şirkəti tərəfindən istehsal edilmiş və sıxılmış təbii qazla (CNG) işləyən test avtobusu artıq paytaxtımıza gətirilib.
AVRO-6 standartlarına cavab verən “İsuzu Citiport CNG” markalı bu avtobus 11-13 iyun tarixində Bakıda keçiriləcək 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində nümayiş etdiriləcək. Beynəlxalq sərginin başa çatmasından sonra avtobus paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə veriləcək və əvvəlcədən tərtib edilmiş proqrama uyğun olaraq test mərhələsi həyata keçiriləcək.
Nəzərinizə çatdıraq ki, “Xaliq Faiqoğlu” şirkəti ekoloji standartların qorunmasına, AVRO standartların tətbiqinə böyük əhəmiyyət verir və inkişaf strategiyasını bu prinsip əsasında formalaşdırır. Şirkət son illərdə avtobus parkını əhəmiyyətli dərəcədə yeniləyib və sərnişinlərə AVRO-5 standartlarına cavab verən müasir nəqliyyat vasitələri ilə xidmət göstərilir. Şirkət 2019-2022-ci illəri əhatə edən yeni inkişaf strategiyası çərçivəsində CNG ilə çalışan (AVRO-6 standartlı) 120 ədəd nəqliyyat vasitəsini paytaxtımıza gətirməyi planlaşdırır.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










