“Safo”nun azadlığı çox çəkmədi - VİDEO

Aylar öncə törədilən oğurluğun üstü açılıb. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, əvvəllər də analoji və digər cinayətlərə görə məhkumluq həyatı yaşayan, sonuncu dəfə isə şərti cəza alaraq azadlığa çıxan şəxs növbəti çirkin əməlini törədib. Ötən ilin noyabrında Şəmkirin Şiştəpə kənd sakinlərinə məxsus 40-dan çox qoyun bir gecədə naməlum şəxs tərəfindən oğurlanıb.
Hadisədən səhər saatlarında xəbər tutan zərərçəkənlər dərhal Rayon Polis Şöbəsinə müraciət ediblər. Əməliyyat-axtarış tədbirlərinə başlayan asayiş keşikçiləri qısa zamanda cinayəti həmin kənddə yaşayan 30 yaşlı Səfər Nağıyevin törətdiyini müəyyən ediblər. Şəmkir polisi nəhayət bu ilin fevralında barəsində axtarış elan olunan Nağıyevin yerini müəyyən edərək saxlamağa müvəffəq olub.
Mehrab Məmmədov - Baş müstəntiq: "Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törədən şəxsin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş məhkumluğu qanunla müəyən edilmiş qaydada ödənilməmiş Şəmkir rayon Şiştəpə kənd sakini Nağıyev Səfər Novruz oğlunun olması müəyyən edilmişdir".
Səfər Nağıyev əməlini etiraf edərək oğurladığı qoyunları Gədəbəydə tanımadığı şəxsə satdığını, əldə etdiyi pulu isə paytaxtda əyləncəyə xərclədiyini deyib.
Səfər Nağıyev - Saxlanılan şəxs: "Şəmkir rayonunun Şiştəpə kəndindən Turalın təsərrüfatından 41 baş heyvan çıxartdım. Apardıq Qasımalılar kəndinin başında qazel gəldi ona mindirdik. 15-ni 1450 manata satıb Bakıya getdim".
"Safo" ləqəbli keçmiş məhkum sonuncu dəfə ötən ilin iyulunda iki illik azadlığın məhdudlaşdırılması cəzası alıb və həmin cəza başa çatmamış yenidən cinayət törədib. Odur ki, ədalət mühakiməsinə təqdim edilən şəxsin cəzasının bu dəfə daha ağır olacağı gözlənilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












