Şagirdin intihar etməsi ilə əlaqədar xidməti araşdırma başa çatıb

Təhsil Nazirliyində Bakı şəhərinin 162 nömrəli tam orta məktəbinin şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı iclas keçirilib. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, iclasda hadisənin təfərrüatının araşdırılması məqsədilə yaradılan xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi Aparatının rəhbər şəxsləri iştirak ediblər. İclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.
Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












