“Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri başa çatıb - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri başa çatıb. Bu barədə Avtosfer.az-a ASCO-nin mətbuat ximdətindən məlumat verilib. Məlumatda deyilir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.
Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi, maşın şöbəsi təmizlənərək rənglənib. Gəminin boru sistemlərində təmir işləri aparılıb və yararsız hissələri dəyişdirilib. Baş və köməkçi mühərrikin, nasosların və separatorların təmir işləri görülüb.
Bununla belə, “Şah İsmayıl Xətai” gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.
Gəmidə elektrik-quraşdırma işləri də yerinə yetirilib.
Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yenidən neft və neft məhsullarının daşınmasına cəlb olunub.
Xatırladaq ki, “Şah İsmayıl Xətai” gəmisi Nəqliyyat Donanmasının ən nəhəng tankerlərindən biridir. Uzunluğu 149,9, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.
ASCO-nun tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir. Hazırda Bakı Gəmiqayırma Zavodunda ASCO üçün iki yeni tanker tikilir. Onlar biri – “Laçın” tankeri inşasının növbəti mərhələsininin həyata keçirilməsi məqsədi ilə bu günlərdə suya buraxılıb. Sözügedən tanker 2019-cu ilin iyununda tam istismara veriləcək.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı















